Foto 20:00 24.01.2022

Meydana girən azarkeşlər futbolçuları bıçaqlamaq istədi

20 yaşadək futbolçulardan ibarət Braziliya çempionatının yarımfinalında "San-Paulo" evdə "Palmeyras”a 1:0 hesabı ilə məğlub olub.

Qaynarinfo xəbər verir ki, matçın son dəqiqələrində insident yaşanıb. İnsident zamanı meydana bıçaqlı azarkeşlər daxil olub. Əlavə vaxtda iki azarkeş meydana daxil olaraq "Palmeyras”ın oyunçularına tərəf qaçıb. Son 2 dəqiqədə isə tribunadan bıçaq da daxil olmaqla meydana yad əşyalar atılıb. 

Meydançaya daxil olan azarkeşlər "Palmeyras"ın futbolçusu Lukas Freytası bıçaqlamaq istəyib. Ancaq asayiş keşikçiləri buna müdaxilə edib. Araya girən "Palmeiras"ın oyunçuları bıçaqlı azarkeşlərin və "Sao-Paulo" oyunçuları isə qarşısını almağa çalışıb. Bir müddət aqressiv tərəfdarlarla futbolçular arasında qarşıdurma yaşanıb. Hücum edən tərəfdar meydandan çıxarılarkən əlində bıçaqla dördüncü hakimə tərəf çevrilib. 

"San-Paulo"nun baş məşqçisi "Fənərbağça"nın əfsanəsi Aleks de Souza matçın sonunda futbolçularını başına toplayıb və elə meydanda fikirlərini onlara çatdırıb. 
 

 
 

Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?