Siyasət 18:02 18.02.2020

Məzahir Pənahovla namizəd arasında gərginlik

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahovla Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərli arasında gərginlik yaşanıb. 

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, F.Cəfərli çıxış edəndən sonra M.Pənahov onun fikirlərinə münasibət bildirib.

Bu zaman F.Cəfərli M.Pənahovun sözünü kəsib. MSK sədri isə F.Cəfərlinin iclas zalından çıxarılması barədə göstəriş verib.