Xəbər lenti

Məzarı tapılmayan repressiya və azadlıq qurbanlarının SİYAHISI
Ölkə 14:06 28.01.2019

Məzarı tapılmayan repressiya və azadlıq qurbanlarının SİYAHISI

AMEA-nın Mərkəzi-Elmi Kitabxanasının Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova "Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı"nı hazırlayıb.

Qaynarinfo quruma müraciət edərək həmin siyahını əldə edib. Bu haqda saytımıza açıqlama verən müəllif siyahının əlavələr etmək istəyən tədqiqatçılar üçün açıq olduğunu deyib:

"Siyahılar Azərbaycan Demokratik Respublikasının yaranmasında iştirak edən insanlar haqqındadır. Hamıya bəllidir ki, cümhuriyyət süqut etdikdən sonra respublikanın yaranmasında iştirak edən insanların bir qismi xaricə gedib, ancaq böyük bir qismi Azərbaycanda qalaraq sona qədər mübarizə aparıblar. Bu insanlar haqqında araşdırma apararakən Şəmistan Nəzirlinin «Arxivlərin sirri açılır», Vikipediya-da repressiya qurbanları, müxtəlif saytlar, Nəsiman Yaqublunun Cümhuriyyət ilə bağlı yazılarından istifadə etmişəm. Bütün bunlara baxmayaraq çox az sayda insan haqqında məlumat toplamaq mümkün oldu. Tədqiqatçılarımızın yazılarından bəlli olur ki, o zamanlarda 48 mindən çox adam döyüşlərdə həlak olmuş və ya sonralar repressiya qurbanına çevrilmişlər. Bunun müqabilində siyahıda adı göstərilən 546 nəfər çox kiçik bir rəqəmdir".

Siyahıya buradan baxa bilərsiniz!
 
Çingiz Səfərli
 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->