Foto 11:20 02.04.2021

Mikayıl Cabbarov peyvənd olundu (FOTO)

İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus (COVID-19) əleyhinə peyvənd olunub.

Qaynarinfo xəbər verir ki, o, bu barədə sosial şəbəkəsindəki hesabında bildirib.

"Mən də peyvənd olunmuşam ve hər kəsə bu prosesə qoşulmağı tövsiyə edirəm. Peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir”, - deyə nazir qeyd edib.