Xəbər lenti

Mikayıl Cabbarovdan qərar: İcrasına şəxsən özü nəzarət edəcək
Ölkə 10:41 11.12.2019

Mikayıl Cabbarovdan qərar: İcrasına şəxsən özü nəzarət edəcək

İqtisadi İnkişaf Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi) 2010-cu il 5 yanvar tarixli, F-01 nömrəli əmrində dəyişikliklər edilib.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov qərar imzalayıb.

Qərarda göstərilib ki, həmin əmrlə təsdiqlənmiş "Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması”nın 3.2-ci bəndindən "iqtisad” sözü çıxarılsın.

Həmçinin, "Xüsusi iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması”nın 4.2-ci bəndindən "iqtisad” sözü çıxarılıb.

"Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən "iqtisad” sözü çıxarılıb.

Bununla yanaşı "Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən "iqtisad” sözü çıxarılıb.

Xatırladaq ki, əvvəlki əmrdə göstərilirdi ki, mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, bu mübahisələrə Azərbaycan qanunvericiliyi əsasında iqtisad məhkəmələrində baxılır

Qərar dekabrın 9-dan qüvvəyə minib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu qərarın icrasına nəzarəti öz üzərində saxlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->