Foto 09:48 28.09.2018

Mikroneziyada sərnişin təyyarəsi okeana düşdü (FOTO/VİDEO)

Mikroneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Çuuk Beynəlxalq Hava Limanından yola çıxan təyyarə okeana düşüb. Papua və Yeni Qvineyanın "Air Nugini" şirkətinə aid "Boeing 737-800" təyyarəsində 35 sərnişin və 12 ekipaj üzvü olub.
 
Qəzadan sonra dərhal hadisə yerinə köməyə gələn ətrafdakı qayıqlar 47 nəfərin həyatını xilas edə bilib. Həmin şəxslər arasında yaralananlar var, lakin heç biri ciddi xəsarət almayıb.

Qəzanın səbəbi hələlik qeyri-müəyyəndir, tədqiqat işi aparılır.

Gülşən