Ölkə 28.01.2022

Millət vəkili töhmət verilən müəllimi müdafiə etdi: “Həqiqətən günahı varsa...”

"Konkret olaraq müəllimə töhmət verilməsini düzgün hesab etmirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov 165 nömrəli tam orta məktəbdə şagirdlərinin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə əlaqədar fənn müəlliminə töhmət verilməsinə aydınlıq gətirərkən deyib.
 
Deputatın fikirincə, baş verən hadisəni araşdırmadan müəllimə töhmət verilməsi məsələdən çıxış yolu deyil:

"Əlbəttə, müəllim sinfə nəzarət etməli idi. Müəllim sinfə cavabdehlik daşıyır. Bundan əlavə, məsələ kökündən və dərindən araşdırılmalı idi. Həqiqətən müəlimin günahı varsa, dərsə laqeyid, biganə yanaşırsa, hansısa tədbir, cəza nəzərdən keçirilə bilərdi".

Deputat hesab edir ki, baş verən hadisədə məsuliyyəti həm məktəb, həm valideyn, həm cəmiyyət, həm də ailələr daşıyır.

Qeyd edək ki, bir neçə gün öncə, 165 nömrəli tam orta məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışı əks olunduğu videogörüntü yayılmışdı. Baş verən haidisədən sonra məktəb rəhbərliyi tərəfindən araşdırma aparılmış və dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilmiş, bu isə cəmiyyət tərəfindən böyük narazılığa  səbəb olmuşdu.

Bahar Rüstəmli

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?