Siyasət 13:21 13.06.2013

Milli Məclisdə MÜBAHİSƏ

Parlamentin iclasında çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı  Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi haqqında qanununa dəyişikliklə bağlı bağlı verdiyi təklifə baxılmamasından şikayətlənib.

Qaynar.info xəbər verir ki, deputat çıxışı zamanı öz iradlarını bildirib: "Qanun layihəsinə dəyişikliklərlə bağlı təkliflər veririk. Artıq, 3-cü oxunuşdur, amma ilk iki oxunuşda verdiyimiz təkliflər, sanki, divara dəyib qayıdır".

Vitse-spiker Ziyafət Əsgərov Sabir Rüstəmxanlıya belə cavab verib: "Siz ümumi danışırsınız, konkret fikir söyləmirsiniz. Sizin hansı təklifiniz müzakirə olunmayıbsa, faktı deyin, bilək. Konkret demirsiniz, sizin hansı təklifiniz müzakirə edilməyib".

Qaynar.info