Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyi məlum olub.

Qaynarinfo xəbər verir ki, toplantının gündəliyinə 22 məsələ daxil edilib.

İclasda "Mülki Prosessual, Cinayət, Miqrasiya, İnzibati Xətalar, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və "Nağdsız hesablaşmalar haqqında” və s. qanunlara dəyişiklik layihələri I oxunuşda müzakirə ediləcək.

Bundan əlavə, iclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR