İdman 21:49 21.10.2021

Millimizin növbəti məğlubiyyəti (YENİLƏNİB)

Qadınlardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
 
Qaynarinfo xəbər verir ki, komandamız səfərdə Monteneqro millisinin qonağı olub. Podqoritsa şəhərindəki Təlim-Məşq mərkəzində baş tutan matç rəqibin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Siyasət Əsgərovun komandası qrup mərhələsi çərçivəsində bundan öncəki matçlarda Rusiyaya 0:2, Danimarkaya isə 0:8 hesabı ilə məğlub olub. Millimiz hazırda 0 xalla qrup sonuncusudur.
 
21 oktyabr

Dünya çempionatının seçmə mərhələsi
 
Azərbaycan - Monteneqro 0:2
(Bulatoviç, 5, Toskoviç, 83)

Hakimlər: Kristina Georgieva, Ekaterina Marinova, Pavleta Rashkova, Kristiyana Guteva
Podqoritsa şəhərindəki Təlim-Məşq mərkəzi

Səbuhi Həsənov