İdman 16:50 18.05.2019

Millimizin hücumçusu Tayland klubunda

Dünən ölkə çempionu olan "Araz” hücumçusu ilə yolları ayırıb.
 
Qaynarinfo xəbər verir ki, millinin də formasını geyinən Xətai Bağırov karyerasını ölkə xaricində davam etdirməkdə maraqlıdır.

Bu gün Taylanda yola düşən Bağırov "Sisaket” klubu ilə 6 aylıq müqavilə imzalayacaq. Hazırda yaxşı günlərini yaşamayan klub uğursuzluq zolağından çıxmaq üçün Xətai Bağırovla bərabər braziliyalı futzalçılar da transfer edəcək.