Qadınlar arasında keçirilən futbol üzrə Çempionlar Liqasında kuryoz hadisə baş verib.
"Report” xəbər verir ki, turnirin 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində İspaniya təmsilçisi "Barselona”nı qəbul edən Litvanın "Qintra Universitetas” komandasının futbolçuları əlverişli qol şansından yararlana bilməyiblər.
Matçın 67-ci dəqiqəsində hesab 0:3 qonaqların xeyirinə olan zaman meydan sahiblərinin üç futbolçusu bir-birlərinə mane törədiblər və nəticədə topu boş qapıdan keçirməyi bacarmayıblar. Özü də, bu 3 oyunçudan biri Azərbaycan millisinin sabiq üzvü Anna Ələkbərova olub. Vaxtilə yığmada kapitan sarğısı daşıyan 28 yaşlı yarımmüdafiəçi 10 nömrəli fomra ilə 90 dəqiqə "Barselona"ya qarşı mübarizə aparıb.
Qeyd edək ki, qarşılaşma "Barselona”ın 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Qaynarinfo.Az
Şərhlər