İdman 13:47 17.12.2013

Millinin ən yaxşıları - SİYAHI

Milli komandaların 2013-cü il üçün ən yaxşıları müəyyənləşib. 

Fanat.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı keçirilən tədbirdə ən yaxşılar mükafatlandırılıb.

A millinin ən yaxşı futbolçusu adına yığmanın və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov layiq görülüb. Müdafiəçi 2010-cu ildə qazandığı mükafata 2-ci dəfə sahib çıxıb.Ən yaxşı qapıçı seçilən Kamran Ağayev olub. Qolkiper artıq 4-cü dəfə bu mükafata layiq görülüb. Belə ki, Kamran 2009, 2011 və 2012-ci illərdə də ən yaxşı qapıçı seçilib.

"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov isə millidə ən çox oyun keçirən futbolçu kimi mükafatlandırılıb. O, ilk dəfə bu mükafata sahib çıxıb. Vitali Borisov futzal millimizin ən yaxşısı seçilib. Futzalçı da Kamran kimi dördüncü dəfə mükafata sahib çıxıb: 2010, 2011, 2012.

Qadın yığmasının ən yaxşı futbolçusu adına Nigar Cəlili layiq görülüb. Gənc oyunçu ilk dəfə bu titula yiyələnib. Çimərlik futbolu üzrə milli komandada isə Emin Kürdov hamını qabaqlayıb. Bu uğur onun 2-ci belə nailiyyətidi. Emin 2010-cu ildə də ən yaxşı seçilmişdi.

Qaynar.info