Xəbər lenti

Milyonçunun 15 yaşlı qızı təyyarədə öldü
Dünya 17:08 23.09.2018

Milyonçunun 15 yaşlı qızı təyyarədə öldü

İngilis milyonçu, "Wow Toys” oyuncaq istehsalı üzrə Britaniya şirkətinin yaradıcısının qızı Nadima Ednan-Laperuz Nataşa Londondan Nitseyə uçan, "British Airways” şirkətinin təyyarəsində dünyasını dəyişib.

Qaynarinfo qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "The Daily Mail” nəşri məlumat yayıb.

15 yaşlı Nataşa uçuşdan öncə "Pret a Manger” mağazalar şəbəkəsinin hazırladığı, tərkibində əncir və zeytunun olduğu sendviçi yeyib. Təyyarənin göyərtəsində artıq onda kəskin alllergik reaksiya yaranıb. Atası ona zəhərlənmə əleyhinə dozadan 2 dəfə artıq dərman versə, yeniyetmə qız Nitsedə xəstəxanada ölüb.

Qəzet qeyd edir ki, milyonçu qızının ölümünə görə şirkətdən açıqlama tələb edib.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->