İngilis milyonçu, "Wow Toys” oyuncaq istehsalı üzrə Britaniya şirkətinin yaradıcısının qızı Nadima Ednan-Laperuz Nataşa Londondan Nitseyə uçan, "British Airways” şirkətinin təyyarəsində dünyasını dəyişib.
Qaynarinfo qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "The Daily Mail” nəşri məlumat yayıb.
15 yaşlı Nataşa uçuşdan öncə "Pret a Manger” mağazalar şəbəkəsinin hazırladığı, tərkibində əncir və zeytunun olduğu sendviçi yeyib. Təyyarənin göyərtəsində artıq onda kəskin alllergik reaksiya yaranıb. Atası ona zəhərlənmə əleyhinə dozadan 2 dəfə artıq dərman versə, yeniyetmə qız Nitsedə xəstəxanada ölüb.
Qəzet qeyd edir ki, milyonçu qızının ölümünə görə şirkətdən açıqlama tələb edib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər