47 saylı Mingəçevir seçki dairəsindən deptatlığa namizəd Məhəmməd Ərsoy (Zamanov) müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Dünən xəbər aldıq ki, əsas rəqibiniz olan Aydn Mirzəzadə sizdən seçki komissiyasına şikayət edib. Necə qarşılayırsınız bunu?
- İlk öncə onu qeyd edim ki, mənim əsas rəqibim Aydın Mirzəzadə deyil. Məsələn, bizim dairədə Rəşad Eyyubov, Səbuhi Abbasov, Ülvi Çələbiyev kimi namizədlər var ki, seçkilərə qatılmasaydım, onlardan birinin vəkili kimi çıxış edərdim. Hər üçü kifayət qədər layiqli namizəddir və vətənə, millətə xeyirli olacaqlarına əminəm.
Aydın Mirzəzadəyə gəlincə, bu adam mingəçevirliləri yetərincə yorub. Mən ilk dəfə seçkilərə 2005-ci ildə qatılmışam. İlk dəfə olaraq da həmin il Aydın Mirzəzadə ilə rəqib olmuşam. 2010 və 2015-ci illərdəki seçkilərdə namizəd olmadm. Amma bu dəfə yenidən Mingəçeviri təmsil etməkdə qərarlıyam.
2005-ci ildə olduğu kimi, yenə də Aydın Mirzəzadəni yenəcəyimə əminəm. Amm Aydın Mirzəzadə özünün əvvəlki "qələbəsinə" əmin olmadığından artıq indidən cığallıq etməyə başlayıb. Onun da barəmdə etdiyi şikayəti cığallıq kimi qiymətləndirirəm.
- Bu seçkilərin fərqli olacağı anons edilir. Yetərincə də yüksək tribunalardan. Siz nə gözləyirsiniz?
- Mən düşünürəm ki, aldğımız mesajlar ümidlərimizi alt-üst etməyəcək. Doğrudur, belə bir qənaət var ki, bu dəfə də Aydın Mirzəzadə kimilərinin işinə yarayan seçkilər keçiriləcək. Elə olacaqmı? İnanmaq istəmirəm! Çünki mən bu dəfə Prezidentimin çağırışı ilə seçkilərə qatılmışam. 15 il aradan sonra yenidən ümidlərim yaranıb. Mənim kimi neçə-neçə Azərbaycanı sevən vətəndaşımız məhz Prezidentin çağırışı ilə seçkilərə qatılıb. Əksi olacaqsa, bu, böyük təəssüflə müşaiyət olunacaq. Amma inamlıyıq və Aydın Mirzəzadə kimilərinin dövranının başa çatdığına əminik.
- Seçicilərə xüsusi olaraq nəyi vəd edirsiniz?
- Mən Mingəçevir camaatına borcluyam. Bir dəfə seçilsəm də, camaatın rəyinin rəsmiləşməsinə nail ola bilməmişəm. Amma bu dəfə həqiqətən də fərqli olacaq. Qalibiyyətimiz şübhəsiz olduğu kimi, bunu rəsmiləşdirə biləcəyimizə də şəkk etmirəm. Çünki arxamızda Prezidentin ali sözünü və təminatını hiss edirik... Həm də Mingəçevir camaatı yeniləşən Azərbaycanı ünvanlarında görmək istəyir. Bunu isə kimsə mingəçevirlilərə çox görməz, kimsə bunu istəməz...
Şərhlər