Ölkə 14:17 26.03.2018

Mingəçevirdə yataqxanada yanğın: 6 nəfər xəsarət alıb

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Ü.Hacıbəyli küçəsində yerləşən "Texniki Rezin" ASC-nin fəhlələr üçün nəzərdə tutulan yataqxanada baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi səfərbər edilib. Yanğın zamanı xəsarət alanların olduğu bildirilir. Yaralılara ilkin tibbi yardım göstərilməsi üçün Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 
 
***
Yanğın zamanı binanın sakinləri təxliyə ediliblər. Sakinlərdən 6 nəfər xəsarət alıb. Onlardan 3 nəfərinin vəziyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digə 3 yaralıya isə hadisə yerində həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. 

Xəstəxanaya yerləşdirilənlərin tüstüdən zəhərləndiyi bildirilir. 

Yanğının genişlənməsinin qarşısı alınıb və söndürülüb.