Keçmiş nazir direktor təyin edilib Keçmiş təhsil naziri Misir Mərdanov yeni vəzifəyə təyin olunub. Bu barədə "Qafqazinfo"ya Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Məlumatda bildirilir ki, M. Mərdanov AMEA-nın Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin olunub.
Qeyd edək ki, Mexanika Riyaziyyat İnstitunun direktoru əvvəl Akif Hacıyev olub. A. Hacıyev ötən həfə AMEA-nın Rəyasət Heyətinə seçilib.
Xatırladaq ki, aprelin 19-da prezident İlham Əliyevin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad olunub.
Şərhlər