Miss Universe 2017 iştirakçıları yarış üçün Las Vegasda bir araya gəliblər. Sözsüz ki, tədbir çəkilən fotolarla da yadda qalıb.
Lakin bu fotolardan biri çox gözlənilməz olub. Belə ki, Miss İraq Sarah İdan, Miss İsrail Adar Gandelsman ilə çəkdirdiyi selfie şəklini paylaşıb. Bu isə sosial mediada birmənalı qarşılanmayıb.
Xanım Gandelsman da öz Instagram hesabında oxşar bir şəkil paylaşaraq yazıb ki, Miss İraq "mükəmməl" qadındır. Onun bu paylaşımına təxminən 3000 bəyənmə gəlib.
Xanım Gandelsmanın Facebook səhifəsində başqa iştirakçılarla olan şəkilləri də var. Sözügedən şəkil isə həm ürəklərə, həm də sinirlərə toxunub.
Xanım İdan İraqda böyüyüb və musiqi təhsili üçün ABŞ-a köçüb. O da Facebook səhifəsində yazır ki, son 45 ildə ölkəsini yarışda təmsil edən ilk iraqlı qadın olması ilə fəxr edir.
İsrail ilə İraq arasında heç bir diplomatik münasibətin olmadığını nəzərə alsaq, YouTube istifadəçisi Sabrina Bennoui də daxil olmaqla bir çoxu belə şəkilin "hər kəsin xoşuna gəlməyəcəyini" düşünür.
İsraili zorakılıqda qınayan bəzi ərəblər hadisəyə kəskin münasibət bildiriblər.
ABŞ-da yaşayan Əsəd Əbuxəlil adlı bir professor Twitterdə yazıb: "İraqın gözəllik kraliçası, işğal və qəddarlıq gözəlliyinin kraliçası ilə çəkdirdiyi şəkili paylaşır."
Lakin iraqlı fəal Ala Twitterdə qeyd edib: "Ərəb və ya müsəlman bir nəfərin israilli birisi ilə fotosu, İsrail xarici işlər nazirliyinin insanlıq və sülhə qarşı düşmənçilik siyasəti razılaşmasında yer almır."
Tənqdilərə görə xanım İdan Instagram səhifəsində açıqlama verərək söyləyib ki, xanım İsrail ona yaxınlaşaraq şəkil çəkdirməyi təklif edib və xalqlar arasındakı sülhün bərpasına ümidlərini dilə gətirib.
"O, birgə şəkil çəkdirmək istədiyini dedi. Mən isə ona dedim ki, sülh mesajını yaymaq üçün ona kömək etməkdən məmnun olaram. Fotonun məqsədi dünyada sülhün bərqərar olmasına bəslənən ümiddir."
"Fotoda İsrailə dəstək nəzərdə tutulmayıb" deyə o əlavə edib.
"Şəkilin fələstinlilərə qarşı təhqiramiz xarakter daşıdığını düşünən hər kəsdən üzr istəyirəm, çünki paylaşımın məqsədi bu olmayıb. Niyyət, böhranın həllində sülh və ümid çağırışından başqa bir şey deyil."
Bununla belə İsraildə baş nazirin sözçüsü Ofir Gendelman şəkili tərifləyərək "region üçün əla ümidverici mesajdır" yazıb.
Armond adlı Twitter istifadəçisi də bu addımı alqışlayıb və deyib ki, "Sülh insanlardan başlayır."
İsrailin xəbər səhifəsi Ynet də xanım Gendelsmanın hərəkətini "qəlbləri yaxınlaşdırmaq" kimi qiymətləndirib.
İsrailin Times qəzeti paylaşımı "parçalanmış Yaxın Şərqdən ucalan qeyri-adi birlik mənzərəsi" kimi təqdim edib və Srugim News Miss İraqın tacının əlindən alınıb alınmayacağını sual edib.
Qaynarinfo.Az
Mənbə: BBC
Şərhlər