Mitinqlər Putinin devirilməsinə gətirib cıxarmayacaq, amma... - Politoloq

Mitinqlər Putinin devirilməsinə gətirib cıxarmayacaq, amma... - Politoloq

"Bu mitinqlər ölkədə Putinin devirilməsinə gətirib cıxarmayacaq. Amma rejimi kifayət qədər silkələyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli yanvarın 23-dən sonra Rusiyada müxalif siyasətçi Aleksey Navalnı tərəfdarlarının prezident Vladimir Putin əleyhinə keçiriləcək etiraz mintinqlərindən danışarkən deyib. O bildirib ki, bu etirazlar rejimi bir də belə hərəkətlərə sövq etməməklə bağlı xəbərdarlıq edəcək:
 
 

"Rusiyada hava soyuq olsa da, siyasi temperatur çox yüksəkdir, iqlim də hərarətlidir. Amma ilk öncə etiraz aksiyalarının keçirilməsinə icazə almaq lazımdır və bundan əlavə, yer müəyyənləşməlidir. Ruslar istədiyi yerdə azsaylı da olsa, aksiyalarını keçirə bilirlər. Navalnının 30 sutka həbsi yanlış qərardır. Onu uydurma qərarla həbs etdilər. Bu adamı zəhərləyib, həyatına təhlükə yaradıblar, Almaniya həkimləri olmasaydı, bəlkə də öləcəkdi. Buna görə Navalnı onları məhkəməyə verməkdənsə, onun özünü xırda qayda pozuntusu adı altında həbs etdilər”.

Qabil Hüseynli hesab edir ki, Navalnı Rusiya cəmiyyətində kifayət qədər nifuzu olan adamdır:

"Belə başa düşürəm ki, Navalnı azadlığa buraxılana qədər əhali ayaqda olacaq və etiraz mitinqləri keçirəcəklər”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR