Dünya 13:58 09.06.2019

Moldova parlamenti buraxıldı

Moldova prezidentinin səlahiyyətlərini icra edən Pavel Filip sentyabrın 7-də növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzalayıb.

Qaynarinfo xəbər verir ki, P. Filip üzvü olduğu Demokrat Partiyasının seçkilərə qarşı olduğunu bildirib, lakin başqa çıxış yolu qalmadığını dilə gətirib.

Qeyd edək ki, Moldovada 24 fevralda seçkilər keçirilsə də, hökuməti qurmaq mümkün olmayıb. Konstitusiya Məhkəməsi bu gün prezident İqor Dodonun səlahiyyətlərini əlindən alaraq Pavel Filipə həvalə edib və ölkədə siyasi gərginlik artıb.

Gülşən