Moped terroru ölkənin probleminə çevrilir: Bunun həlli varmı? (EKSPERT)

Moped terroru ölkənin probleminə çevrilir: Bunun həlli varmı? (EKSPERT)

"Moped və motosiklet sürücüləri üçün qanunda cəzalar var. Sadəcə, onun icra mexanizmini işləmək lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. Onun sözlərinə görə, moped və motoskiletlərlə bağlı vəziyyət heç də ürəkaçan deyil:

"Mən bu barədə dəfələrlə məsələ qaldırmışam. Bəzən deyirlər ki, "onlar yola bir tikə çörək üçün çıxırlar, dəyməyək”. Amma bu bir tikə çörək kiminsə həyatı bahasına başa gəlir. Düşünürəm ki, bunlarla bağlı çox diqqətli olmaq lazımdır, eyni zamanda tədbirlər həyata keçirilməlidir. Polis onların hərəkətinə ciddi nəzarət etməlidir. Sifarişlə işləyən gənclər var, onlar restoranlarda kuryer xidmətlərinə sifarişlərin çatdırılması ilə məşğul olurlar. Onların hər biri öz həyatlarını riskə ataraq bu işi görürlər. Amma bu, çox təhlükəlidir. Xüsusən də bəzi şirkətlər "sifariş yarım saata çatdırılmalıdır” deyə vaxt qoyurlar. Kuryer sifarişi yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır. Tıxaclarda qalmır, qırmızı işıqda keçir, yol ayrıcında insanlara yol vermir, əks istiqamətə çıxır və s”.
Elməddin Muradlı Bakıda gün ərzində 100-lə belə faktın aşkarlandığını qeyd edib:

"Mopedlərə dövlət nömrə nişanı verimədiyinə görə, motosikletlərin də əksəriyyətinin üzərində dövlət nömrə nişanı olmadığından onları aşkarlamaq, tədbir görmək mümkün olmur. Nəticəsi də ya qəza, ya da ölüm… Onların qayda pozuntuları yüzlərlədir. Sadəcə olaraq bunların qayda mexanizmləri işlənib hazırlanmalıdır. Xüsusi texniki vasitələr, kameralar, yaxud da Dövlət Yol Polisi İdarəsinin əməkdaşları - bunlardan biri nəzarəti həyata keçirməlidir. Bu sahəyə nəzarət olmadıqca qəzaların sayı artacaq. Şirkətlərlə ciddi işləmək lazımıdr, onlara xəbardarlıq edilməlidir ki, özbaşınalıq etməsinlər, kuryerləri pis-pis işlərinə məcbur etməsinlər. Hər bir çatdırmanın özünün vaxtı var. Kampaniya keçirir ki, sifarişlər yarım saata çatdırılır. Bunun da sonu qəzalarla yekunlaşır. Hüquq-mühafizə orqanları məsələyə ciddi yanaşmalıdır”.

Ekspert bildirib ki, motosiklet sürücüləri dəbilqədən istifadə etmədikdə, yol ayrıcını  pozduqda, piyadaya keçiddə yol vermədikdə, qırmızı işığın tələbin pozduqda və s. bu kimi hallarda məsuliyyət daşıyırlar:

"Eyni zamanda sürət həddinin aşılması ilə bağlı digər sürücülər kimi onların da məsuliyyəti var. Motosikledlərin arxa hissəsində nömrə olur, sürüclər də onu gizlədir. Mopedlərdə isə nömrə olmur. Baxırsan ki, ürəkləri harda istəyir, orada da hərəkət edir. Bu barədə ciddi ölçü götürülməlidir”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image