Moskva aeroportlarında 50-dən çox reys təxirə salındı

Moskva aeroportlarında 50-dən çox reys təxirə salındı

Moskvanın üç hava limanında 50-dən çox reys təxirə salınıb.

Qaynarinfo xəbər verir ki, hava şəraitinə görə "Vnukovo”, "Domodedovo” və "Şeremetyevo” hava limanlarında 50-dən çox reys təxirə salınıb və ya ləğv olunub.

Qeyd edək ki, bir müddət əvvəl sinoptiklər Moskvada güclü qar yağacağını proqnozlaşdırıb. Rekord miqdarda yağıntı barədə xəbərdarlıq edilib.
XƏBƏRLƏR
BLOGLAR
X