Xəbər lenti

Siyasət 21:14 30.09.2020

"Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə hazırdır" - Lavrov

Rusiya Xairic İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyanla telefon danışığı olub.

Qaynarinfo xəbər verir ki, telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə edilib. 

Rusiyalı XİN başçısı tərəfləri sülhə və silahlı mübarizədən çəkinməyə çağırıb. Lavrov genişmiqyaslı hərbi əməliyyatlardan narahat olduğunu dilə gətirib. 
Bundan əlavə tərəflərə Rusiyanın Moskva platformasının danışıqlar üçün hazır olduğu bildirilib.

Lavrov Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmalı olduğunu qeyd edib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->