Moskvada azərbaycanlı sahibkarın yanmış meyiti tapıldı

Moskvada azərbaycanlı sahibkarın yanmış meyiti tapıldı

Moskvaətrafı Lyubertsi şəhərində meyvə-tərəvəz alveri ilə məşğul olan 50 yaşlı azərbaycanlı sahibkarın yanmış meyiti aşkar edilib.

Qaynarinfo Virtualaz.org-a istinadən xəbər verir ki, yanmış meyit mayın 20-də Kirov küçəsindəki "Yaradıcılıq evi”nin hasarının yanında aşkarlanıb.

Ölən şəxsin 50 yaşlı Azərbaycan vətəndaşı olduğu müəyyənləşib. O, meyvə-tərəvəz ticarəti ilə məşğul olub və kiçik mağazası yerli sakinlər arasında xeyli populyar idi. Sakinlər onun mağazasından hər gün xiyar, pomidor, kartof alırdılar. Lakin koronavirus pandemiyası azərbaycanlının kommersiya fəaliyyətinə ciddi təsir göstərib. O, xeyli ziyana düşüb və son vaxtlar biznesini bərpa etməyin mümkün olmadığını anlayıb.

Müstəntiqlər mərhumun qardaşı ilə danışıblar, o Moskvada taksi sürücüsüdür. Qardaşı deyib ki, qardaşı heç vaxt ona problemlər haqda şikayətlənməyib və heç kimə borcu olmayıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR