Xəbər lenti

Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar
Ölkə 21:58 16.02.2019

Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

Rusiyanın Rostov-Don şəhərində fevralın 14-də Moskvada azərbaycanlı Qərib Orucovu qətlə yetirmiş şəxslər yaxalanıb.

Virtualaz.org "Mash” telegram-kanalına istinadən xəbər verir ki, Rosqvardiya döyüşçülərinin bildirdiyinə görə, məhz bu şəxslər elə həmin gecə "Neolit” restoranının yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar.

Xatırladaq ki, 52 yaşlı Qərib Orucovun cəsədi fevralın 15-nə keçən gecə Moskvada Səmərqənd bulvarındakı yaşayış evinin yaxınlığında tapılmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->