Rusiyanın Rostov-Don şəhərində fevralın 14-də Moskvada azərbaycanlı Qərib Orucovu qətlə yetirmiş şəxslər yaxalanıb.
Virtualaz.org "Mash” telegram-kanalına istinadən xəbər verir ki, Rosqvardiya döyüşçülərinin bildirdiyinə görə, məhz bu şəxslər elə həmin gecə "Neolit” restoranının yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar.
Xatırladaq ki, 52 yaşlı Qərib Orucovun cəsədi fevralın 15-nə keçən gecə Moskvada Səmərqənd bulvarındakı yaşayış evinin yaxınlığında tapılmışdı.
Şərhlər