Ölkə 19:14 25.02.2020

MSK bu dairədə 10 məntəqəni etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 19 saylı Nərimanov birinci seçki dairəsindən daxil olmuş müraciətlərə baxılıb.

Qaynarinfo xəbər verir ki, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib. Namizədlər İsa Qəmbər, Allahverdiyev Şəmsəddin və digərləri müraciətlərinə 3 ədəd elektron məlumat daşıyıcıları əlavə edib. MSK-nın araşdırması zamanı məlum olub ki, 1,2, 4,13,19,21,22, 29,30, 34 məntəqələrdə seçkilər seçicilərin iradəsini əks etdirmir. Beləliklə, 10 məntəqədə seçkilərin nəticələri etibarsız hesab edilib.

Qeyd edək ki, həmin dairədə lider namizəd Hikmət Məmmədovdur.