Ölkə 16:50 19.02.2018

MSK daha bir nəfərin namizədliyini təsdiqlədi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

Qaynarinfo xəbər verir ki, MSK katibi Arifə Muxtarova iddiaçı ilə bağlı məlumatları diqqətə çatdırıb.

O deyib ki, R.Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün əsaslar var.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da namizədliklərinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 13-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.