Müdafiə Nazirliyi Bakıda hərbçilərin yol qəzası törətməsi ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib. Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bununla bağlı Modern.az-a açıqlama verib.“Bəzi informasiya agentliklərində Bakıda hərbçilərin yol qəzasına düşməsi və yaralanması haqda məlumatlar verilib. Bununla bağlı bizə jurnalistlər tərəfindən çoxsaylı müraciətlər olunur. Bildiririk ki, nə bu hadisənin, nə də xəsarət alanların Müdafiə Nazirliyinə heç bir aidiyyatı yoxdur”.
Qaynar.info
Şərhlər