Müəllim olmaq istəyənlərin nəzərinə: Müsabiqəyə 7 min vakant yer çıxarılacaq

Müəllim olmaq istəyənlərin nəzərinə: Müsabiqəyə 7 min vakant yer çıxarılacaq

Müəllimlərin işə qəbulu müsabiqəsinə ilkin mərhələdə 7 minə yaxın vakant yer çıxarılacaq.

Qaynarinfo-nun məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, yeni yaranan yerlər əlavə yerləşdirmə mərhələsi üçün elan ediləcək:

"İyulun 24-dən sonra apelyasiya prosesi həyata keçiriləcək, test imtahanları ilə bağlı müraciətlərə baxılacaq. Sonra vakant yer seçimi prosesi keçiriləcək. Vakant yeri qazanmaq hüququ əldə edən şəxslər müsahibəyə dəvət olunacaq”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR