Müəllimi

Müəllimi "Bir xuliqanın etirafı"na görə işdən qovdular

Peterburqun Kurortnı rayonunda bir müəllim Sergey Yeseninin "Bir xuliqanın etirafı" şeirini şagirdlərə həddən artıq emosional şəkildə şərh etdiyi üçün məktəbdən qovulub.

Qaynarinfo xəbər verir ki, Sisterretsk təhsil müəssisəsinin rəhbərliyi uşaqların dərsdə çəkdikləri videoya baxdıqdan sonra müəllimin sinifdə "kobud kəlmə” işlətməsini ciddi cinayət hesab etdiyini deyib. RİA Novosti-nin verdiyi məlumata görə, müəllimin işdən çıxarılması barədə məlumat Sankt-Peterburq Təhsil Komitəsi tərəfindən təsdiqlənib.

Müəllimin özü dərsdə "J" hərfi ilə bağlı bədii ifadə işlətdiyini inkar etməyib.

Alpər
XƏBƏRLƏR
BLOGLAR