Ölkə 23:25 05.05.2021

Müəllimlərin yerdəyişməsi ilə bağlı suallar cavablandırılacaq

Mayın 6-da saat 15:00-da Təhsil Nazirliyinin feysbuk səhifəsi üzərindən "Vətəndaş saatı”nın növbəti yayımı olacaq.

Təhsil Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, bu dəfə müəllimlərin yerdəyişməsi ilə bağlı ən çox müraciət edilən məsələlərə aydınlıq gətiriləcək, suallar cavablandırılacaq.