"Ukrayna münaqişəsində rusiyalı mülki şəxslər ölmür".
Qaynarinfo xəbər verir ki, bunu Estoniyanın keçmiş baş naziri, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Münhen Təhlükəsizlik Konfransında deyib.
"Fərq ondadır ki, rusiyalı mülki şəxslər ölmür. Yəni rus uşaqları və qadınları ölmür", deyə o, Ukraynadakı münaqişəni şərh edərkən bildirib.
Kallasın sözlərinə görə, rusiyalı əsgərlər xarici ərazidə ölürlər.
Avropa diplomatiyasının rəhbəri əlavə edib ki, Kiyev hərbi əməliyyatları davam etdirə bilməsi üçün Aİ bəzi resursları yenidən yerləşdirməlidir.
Aydın
Şərhlər