Ölkə 12:34 26.01.2022

Müşahidələr göstərir ki, yoluxmada artım hardasa 20-25 gün davam edir – Həkim

Fevral ayının 10-na kimi yoluxma sayında kəskin artım müşahidə oluna bilər.

Bunu Qaynarinfo-ya açıqlamasımda həkim-infeksionist Namiq Nəbiyev son günlər koronavirus infeksiyasına yeni yoluxma faktında qeydə alınan artımdan danışarkən deyib.
 
İnfeksionist yanvar-fevral aylarında koronavirus infeksiyasına yoluxanların sayında artım olmasının gözlənilən olduğunu deyib:

"Bu bizim üçün yeni bir şey deyil, biz dəfələrlə çıxışlarımızda bildirmişdik  ki, yoluxanların sayında artımın olması ehtimalı var. Havaların birdən-birə kəskim soyuması yoluxma ehtimalının artmasına səbəb ola bilər. Müşahidələr göstərir ki, artma halları hardasa 20-25 gün davam edir və ondan sonra tədricən enməyə doğru gedir”.

Namiq Nəbiyev hazırda peyvədləşmə ilə bağlı prosesin davam etdiyini vurğulayıb:

"Peyvənd vurduranların sayı çoxdur”.

Bahar Rüstəmli