Ölkə 15:50 28.01.2020

"Müsavat" Rəsulzadənin doğum gününə hazırlaşır

Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum gününə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, partiya yanvarın 31-də saat 12:00-da Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsi qarşısında anım tədbiri keçirəcək. 

Partiyadan verilən məlumata görə, mərasim Rəsulzadənin abidəsinə gedən yoldan (təxminən 200 metr məsafədə) yürüşlə başlayacaq.

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı qəsəbəsində dünyaya gəlib. O, 6 mart 1955-ci ildə Türkiyənin paytaxtı Ankarada vəfat edib və Əsri qəbirstanlığında dəfn edilib.