Video 19:03 21.04.2021

Mütəxəssislər əyani göstərdi: Yer fırlanmasa nəticəsi nə olar? (VİDEO)

Bir çoxları, elm adamları demədən belə Yerin fırlanmasının dayanacağı halda bütün canlılar üçün nə qədər fəlakətli nəticələr olacağını başa düşürlər. 

Qaynarinfo xəbər verir ki, bu məsələni araşdıran mütəxəssislər yuxarıda deyilənlərin baş verəcəyi halda bəşəriyyəti nə gözlədiyini açıq şəkildə göstərən bir video hazırlayıblar.

Məlumdur ki, planetimiz öz oxu ətraqfında saniyədə 465 metrdən çox sürətlə fırlanır. Tech Insider tədqiqat qrupu qəfildən fırlanması dayanarsa, Yer səthində nələrin olacağını öyrənməyə qərar verib. Bu məqsədlə qorxulu şeyləri nümayiş etdirən xüsusi bir kompüter modeli hazırlanıb.

Məsələn, Yer üzündə ətalətlə bütün cisimlər 465 m/s (1600 km/s-dən çox) sürətlə hərəkət etməyə davam edəcəkdir. Sonra planetimizdə qasırğa yüksələcək və nəhəng sunami meydana gələcək.

Bununla birlikdə, bu, hələ problemin yarısıdır, çünki planetdəki bir günün uzunluğu bir ildən ibarət olacaq, yəni yeni gün bir il sonra gələcək. Altı ay ərzində Günəş Yerin bir hissəsini "qızardacaq", digər hissələrində isə eyni müddətdə qaranlıq və inanılmaz dərəcədə soyuq olacaq.

Quru hissələr ekvatora doğru "hərəkətə" başlayacaq və dünya okeanları planetin qütblərinə çəkiləcək. İnsanlardan kimsə bütün bu dəhşətli transformasiyalardan xilas olmağı bacarsa (ki, bu çox az inandırıcıdır), onsuz da güclü Günəş radiasiyasına görə Yer üzündə sağ qala bilməyəcək.

Hər halda, bu, sadəcə bir fərziyyədir, çünki kosmosda bu cür hadisələr astronomlar tərəfindən heç vaxt müşahidə olunmayıb.

Alpər