Mütəxəssislərdən mənzillərin günəş işığı ilə təminatına dair yenilik

Mütəxəssislərdən mənzillərin günəş işığı ilə təminatına dair yenilik

Yeni mənzil almaq istəyənlər və ya özlərinə şəxsi ev tikənlər çox vaxt həmin yaşayış obyektlərinin günəş işığı ilə nə dərəcədə təmin olunmasını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Məhz buna görə də Avstriyanın Ştiriya əyalətində bir qrup inşaat mühəndisi mobil telefonlar üçün yeni proqram təminatı (app) hazırlayıblar.

Qaynarinfo Azərtac-a istinadən bildirir ki, hələ ki, məhdud ərazidə istifadəsi mümkün olan app ilə həm gün ərzində, həm də ilin müxtəlif mövsümlərində hər hansı bir tikinti obyektinin işıq və birbaşa günəş şüaları ilə nə dərəcədə təmin olunmasını müəyyən etmək mümkündür. Qrats şəhərində yerləşən Hillebrand tikinti firmasının beş əməkdaşının hazırladığı yeni app ilə 360 dərəcəli turların köməyi ilə tikilməsi nəzərdə tutulan obyektlərin modeli virtual şəkildə qurulur və bu zaman həmin obyektin işıq və günəş şüaları ilə təminatı ətrafdakı binalar, bitki örtüyü və relyef nəzərə alınmaqla hesablanır. İnşaat proqramçılarının yarım il ərzində ərsəyə gətirdikləri app sayəsində tikinti obyektlərinin inşasından öncə işıqlanma şəraitini simulyasiya etmək imkanı yaranır. Hazırda "Google Earth", "Google Street View" və əyalətin rəsmi məlumatlarına əsaslanan proqram təminatı binaların tikintisində pəncərə və balkonlar planlanmasına da təsir göstərəcək. Yeni tikilməkdə olan binalarla yanaşı, mövcud binalarda mənzil axtaran şəxslər bu binaların işıqlanma səviyyəsini həmin proqramla daha rahat müəyyən edə biləcəklər.

Hazırda test mərhələsində olan app Saalfelden şəhərində tikiləcək yeni yaşayış massivində sınaqdan keçirilir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR