Müxbir küçədə maska taxmayanları döydü: sosial şəbəkə reytinqlərini alt-üst edən VİDEO

Müxbir küçədə maska taxmayanları döydü: sosial şəbəkə reytinqlərini alt-üst edən VİDEO

Dünyada koronavirus pandemiyası davam edərkən, Pakistanda ilginc bir hadisə yaşanıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ölkənin komediya proqramlarından birinin müxbiri Lahorda epidemiya ilə mübarizə çərçivəsində maska taxmayanları hədəf alıb. Müxbir küçədə maska taxmayan bir nəfərə yaxınlaşaraq, öncə nə üçün maska taxmadığını soruşub və daha sonra onu sillələməyə başlayıb. 

Maska taxmayan digər bir nəfərə yaxınlaşan jurnalist bu dəfə hər iki şəxsi eyni anda döyməyə başlayıb.

Sözügedən anlar sosial şəbəkələrdə izlənmə rekordları qırıb.

Camal

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR