Dünya 19:34 11.03.2020

Nadir ağ zürafələr öldürüldü

Dünayada nadir rast gəlinən 1 ağ zürafə və balası Keniyada qanunsuz ovçular tərəfindən öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Keniya Vəhşi Təbiət Xidməti açıqlama yayıb. Açıqlamada ölkədə bilinən yeganə dişi ağ zürafə va balasının Qarissa bölgəsində öldürüldüyü bildirilib.

Aylar əvvəl itən zürafələrin sümükləri tapılıb. Faktla bağlı istintaq başladılıb.

Öldürülən zürafənin erkək balasının isə həyatda olduğu bildirilir.

Camal