Axşam.az-ın məlumatına görə, sənətçi "Xəzər maqazin”ə açıqlamasıdna başına gələn avtomobil qəzasından danışıb:
"Sovet maşınları olan dövrdən sürücülük edirəm. Yeniyetmə vaxtlarımda qanunsuz sürürdüm. İndi o qədər qanunsuz sürənlər çoxalıb. Mən də harasa tələsəndə, bilə-bilə qanunu pozaram. Daha çox rayon yolunda sürət həddini aşıram. İlk maşınım "06” idi. Sonra "07” aldım, o birini qardaşıma verdim. Bir dəfə dostlarla rayona gedirdik. Üç maşın dalbadal sürürdük. Mənim oturduğum maşını dostum idarə edirdi. Kürdəmirdə çay içməyə düşdük. Qayıdanda başqa dostum dedi ki, gəl mənimlə gedək. Bir az getmişdik ki, zəng gəldi. Polis deyir sizin avtomobiliniz qəza törədib, sürücü ölüb. Getdim ki, sürücü yaşayır, maşın pis haldadı. Əgər mən o maşında otursaydım, həmin an öləcəkdim. O, maşını həmin sürücü istədi, hədiyyə etdim. İllər sonra hazırki avtomobilimi alanda pulum çatmırdı. Bir toyda maşını verdiyim şəxs məni görüb, pul göndərmişdi. Avtomobil almaq üçün nə qədər lazım idisə, həmin paketin içində var idi”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər