Sağlamlıq 22:44 29.12.2021

Narkoloq izah etdi: Yanvarın 1-də poxmelə görə bunu etməyə dəyərmi?

Yeni ilin sabahı günü səhər çoxları üçün çətin keçir: içkidən yaranmış baş ağrısı, ürəkbulanma və boğazda quruluq. 

Qaynarinfo xəbər verir ki, narkoloq İlya Kisler poxmeldən çıxmaq, vəziyyəti yüngülləşdirmək üçün içki qəbul etməyə dəyərmi sualını cavablandırıb.

"Əgər alkoqol asılılığınız varsa, yeni içki qəbulu həqiqətən xeyli və çox tez yaxşı təsir göstərir. Ekspert vurğulayır ki, insanlar arasında vahid "poxmel" adlandırılsa da, alkoqol intoksikasiyası ilə abstinent əlamətlərini ayırd etmək lazımdır.

Həkim içki içənləri ehtiyatlı olmağa çağırır, çünki abstinent sindromu alkoqol asılılığının əlamətlərindən biridir. Ancaq alkoqol intoksikasiyası son dərəcə sağlam adamlarda da müşhadiə edilir ki, bu da sadəcə, içkinin həddən artıq qəbuluna görə baş verir.

Bu və ya digər şəkildə, heç kim səhər saatlarında yenidən poxmel açmaya getməməlidir - sağlam insanlarda bədən onsuz da spirtin zərərli qalıqlarından xilas olmağa çalışır. Asılılığı olan insanlar isə davamlı içki qəbulunu davam etdirmək riskinə malikdirlər.

Səhər mədə bulanmasından qorxmaq lazım deyil - bu, alkoqolun parçalanması zamanı baş verən toksinlərə bədənin normal reaksiyasıdır. Qusma varsa, bu yaxşı əlamətdir - mədə təmizlənir. Bunu özünüz də süni yarada bilərsiniz - kiçik qurtumlarla bir neçə stəkan isti su için.
 
Alpər