Xəbər lenti

Narkotiklə mübarizə apardığı üçün həbs edildiyi deyilən şəxslə bağlı açıqlama (FOTO)
Ölkə 14:28 27.07.2021

Narkotiklə mübarizə apardığı üçün həbs edildiyi deyilən şəxslə bağlı açıqlama (FOTO)

Daxili İşlər Nazirliyi oğlunun şərlənərək həbs edildiyini deyən vətəndaşın iddialarına münasibət bildirib.

Vətəndaş Məhərrəm Məmmədov bildirib ki, oğlu Anar Məmmədov narkotik ticarəti ilə mübarizə apardığı üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub: "Anarla əlaqə saxlaya bilmirik. Oğluma təcridxanada işgəncələr verilib”.

DİN Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, A.Məmmədovun saxlanılması ətrafında iddia olunanlar əsassızdır, vətəndaşa heç bir işgəncə verilməyib: "Həmin şəxs narkotiklə mübarizə apardığı üçün yox, əksinə, narkotik və psixotrop maddələrin daşınmasına görə saxlanılıb. 1989-cu il təvəllüdlü Məmmədov Anar Məhərrəm oğlundan 10.533 qram çəkidə psixotrop maddə, "patı” adlandırılan metamfetamin aşkar olunaraq götürülüb. Faktla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb və Anar Məmmədov barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Anar Məmmədov əvvəllər Cinayət Məcəlləsinin xuliqanlıq, odlu silah daşıma, odlu silahı hədə-qorxu ilə tələb etmə, sərxoş halda yol nəqliyyat-hadisəsi törədək zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda, yol nəqliyyat hadisəsi yerindən qaçmaqda və soyğunçuluq etməkdə təqsirli bilinərək məhkum olunub”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->