NATO bu il Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir.
AzərTAc xəbər verir ki, hərbi qüvvələrin 2020-ci ildə həyata keçiriləcək "Avropanın müdafiəçisi – 2020” təlim layihəsi çərçivəsində Gürcüstana gətiriləcəyi gözlənilir.
Məlumata görə, layihə çərçivəsində NATO Gürcüstandan əlavə Baltikyanı ölkələrə, Almaniya və Polşaya da hərbi qüvvələr yerləşdirəcək.
Qeyd edilir ki, təlimlər NATO-nun hərbi gücünün yoxlanılması məqsədi daşıyır.
Təlimlərlə əlaqədar ABŞ Avropaya 20 min hərbçi göndərəcək. Bu ABŞ-ın son 25 ildə Avropa ölkələrinə göndərdiyi sayca ən böyük qüvvə olacaq. Ən böyük kontingentin isə Polşa ərazisində yerləşdiriləcəyi bildirilir. Ümumilikdə "Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərində 18 ölkədən 37 min hərbi qulluqçunun iştirakı gözlənilir.
Şərhlər