Dünya 21:14 17.07.2019

NATO-nun Baş katibinə yeni müavin təyin edildi

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Baş katibi Yens Stoltenberq yeni müavin təyin edilib.
 
Qaynarinfo xəbər verir ki, bu vəzifəyə rumıniyalı Mirça Coane gətirilib.

O, bu ilin oktyabrında fəaliyyətə başlayacaq.

Qeyd edək ki, sülhün qorunmasını, azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı olan NATO 4 aprel 1949-cu ildə qurulub.