NATO-nun raketlərlə silahlanmış iki hərbi gəmisi Qara dənizə girdi

NATO-nun raketlərlə silahlanmış iki hərbi gəmisi Qara dənizə girdi

Bu gün iki NATO hərbi gəmisi Qara dənizə girib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında Milli Müdafiə İdarəetmə Mərkəzindən məlumat verilib.

RİA Novosti-nin verdiyi məlumata görə, söhbət İngilis esmineslərində idarə olunan "Defender” raket avadanlığı və Niderland Donanmasının Everton freqatından gedir. Onlar Rusiya Qara dəniz Donanmasının komandanlığı tərəfindən nəzarətdə saxlanılır.

Bundan əvvəl NATO rəhbəri Yens Stoltenberq Rusiyanın müdafiə potensialının gücləndirilməsinə cavab olaraq ittifaqın Rusiya təcavüzünün qarşısını almaq üçün tədbirlər görməyə məcbur olacağını bildirmişdi.

Amerikalı general Kristofer Norri də öz növbəsində Qara dənizi ABŞ üçün əsas akvatoriya adlandırıb. O, NATO-nun şərq cinahının təhlükəsizliyinin ABŞ-ın bölgədəki "potensial düşmənləri qarşısını alma" qabiliyyətindən asılı olduğunu bildirib.
 
Alpər
X
XƏBƏRLƏR
BLOGLAR