Siyasət 10:38 15.06.2021

NATO-nun yeni strateji konsepsiyası: Bayden 5-ci maddəni dirildir

"Qərb və Yaponiya aşağı və orta gəlirli ölkələrdə infrastruktur layihələrinin reallaşdırılmasına böyük pullar ayıracaq. Hələlik yeni təşəbbüsün detalları məlum deyil”.

Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Bayden ilə görüşünü şərh edərkən deyib. O qeyd edib ki, NATO-nun yeni strateji konsepsiyasında Rusiya ilə yanaşı, ilk dəfə olaraq Çin də əsas rəqib kimi qeyd olunacaq:
 
 

"Bayden deyib: "Avropa, Türkiyə və Kanadanı müdafiə etmək bizim üçün müqəddəs vəzifədir”. Tramp kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəyə sadiqlik məsələsində tərəddüd nümayiş etdirərək hər kəsi şoka salmışdı. Çünki NATO ittifaqının məhək daşı məhz bu maddədir. 5-ci maddə yoxdursa, NATO yoxdur. Bayden indi ABŞ-ın bu maddəyə bağlılığını dəqiq ifadələrlə vurğulamaqla transatlantik birliyi təkrar gücləndirməyə çalışır”.

Şahin Cəfərli bildirib ki, ABŞ NATO-nu və avropalı müttəfiqlərini Hind-Sakit okean regionuna və Çini qlobal çapda tormozlama məqsədinə doğru yönəltməyə başlayır:

"G-7 zirvəsində Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə alternativ olacaq yeni bir layihənin həyata keçirilməsi barədə qərar qəbul olunub”.

Bahar Rüstəmli