Xəbər lenti

Naxçıvanda
Ölkə 14:01 30.07.2026

Naxçıvanda "İnstagram" vasitəsilə telefon dələduzluğu

Naxçıvanda sosial şəbəkədə yerləşdirilən elanlar əsasında mobil telefon və digər əşyaları əldə edərək ödənişləri gecikdirməkdə ittiham olunan şəxs barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs 2025-ci ilin may ayından 2026-cı ilədək "Instagram” sosial şəbəkəsində yerləşdirilən elanlar vasitəsilə müxtəlif şəxslərlə əlaqə saxlayıb. O, mobil telefonları və digər əşyaları almaq barədə razılığa gəlib, ödənişi daha sonra həyata keçirəcəyini bildirib, lakin bəzi hallarda malların pulunu tam ödəməyib.

İddia olunur ki, o, əvvəlcə 1 500 manat dəyərində "iPhone 14 Pro Max” markalı telefonu əldə edib. Daha sonra 2 000 manatlıq "iPhone 16 Pro Max”, ümumilikdə 2 100 manat dəyərində "iPhone 13” və "iPhone 15” markalı telefonlar, eləcə də digər mobil cihazlarla bağlı oxşar hadisələr baş verib.

Bundan başqa, təqsirləndirilən şəxsin 1 100 manat dəyərində "iPhone 15 Pro”, 700 manat dəyərində "iPhone 13” markalı telefon və 600 manat dəyərində elektrikli dönər aparatını da eyni üsulla əldə etdiyi bildirilib.

Zərərçəkmiş şəxslər məhkəmədə bildiriblər ki, təqsirləndirilən şəxs aldıqları əşyaların pulunu qısa müddətdə ödəyəcəyini deyib, lakin vədlərinə əməl etməyib. Bəzi zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra pullarını geri aldıqlarını qeyd ediblər.

Müttəhim məhkəmə iclasında ittihamı qəbul edib. O, dəymiş ziyanın ödənildiyini bildirib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (təkrar törədilən dələduzluq) ilə təqsirli bilib. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin əvvəl həbsdə saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və onun üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->