Xəbər lenti

Nazir 28 nəfərin öldüyü qəzaya görə istefa verdi
Siyasət 22:22 27.02.2019

Nazir 28 nəfərin öldüyü qəzaya görə istefa verdi

Misirin paytaxtı Qahirə şəhərində 28 nəfərin ölümünə səbəb olan qatar qəzası ilə əlaqədar ölkənin nəqliyyat naziri Hişam Ərəfat Mehdi Əhməd istefa verib.

Qaynarinfo xəbər verir ki, baş nazir Mustafa Mədbuli onun istefa ərizəsini qəbul edib. 

Qeyd edək ki, bu gün Qahirənin mərkəzindəki "Ramsis” dəmiryolu vağzalında yüksək sürətlə hərəkət edən qatarın platformaya çırpılması və zərbənin təsirindən qatarın yanacaq çəninin partlaması nəticəsində azı 28 nəfər yanaraq ölüb, 50-dən çox insan xəsarət alıb. Ölən və yaralananların əksəriyyəti platformanın kənarında dayanan şəxslər olub.  (azvision.az )

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->