Nazir bu dəfə Güləş Federasiyasına getdi

Nazir bu dəfə Güləş Federasiyasına getdi

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub.

Qaynarinfo xəbər verir ki, federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, onlar üçün yaradılmış şəraitlə tanış olub.

Daha sonra nazir F.Qayıbov federasiyanın maddi-texniki bazasına baxış keçirib.

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
XƏBƏRLƏR
BLOGLAR
X